Ötən il Ermənistan əhalisinin 1%, Azərbaycanın 0,13%-i Rusiya vətəndaşlığına keçib 

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin rəsmi saytında  qeyd olunan məlumata görə, ötən il ərzində 2019-cu  13 min 500 nəfər Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib.

Eyni zamanda 24 min  Ermənistan  və 2 min 500 nəfər Gürcüstan vətəndaşı Rusiya pasportunu alıb.

Ümumilikdə, 2019-cu ildə 498 min  əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. Bu, bir il öncə olduğundan 80% çoxdur.

Onların böyük əksəriyyəti ukraynalılardır.

Rusiya ölkə pasportlarını ukraynalılara verərkən onlardan Ukrayna vətəndaşlığından imtina etməyi tələb etmir.

Ukraynalılardan sonra Rusiya pasportunu alanların sayına görə ikinci yerdə qazaxlar (50,5 min nəfər), sonra taciklər  (45 min) və ermənilərdir.

Əhali sayına nisbətdə vətəndaşlığını dəyişənlərin təsnifatında isə bir ildə Ermənistan  əhalisinin 1 faizi Rusiya vətəndaşlığına keçdiyi hada,  Azərbaycan əhalisinin  cəmi 0, 13 faizi  bunu edib.

Qeyd edək ki, son illər Rusiya keçmiş SSRİ respublikalarından olanların vətəndaşlıq alması prosedurunu müntəzəm olaraq asanlaşdırır.

 


Mənbə: Turan

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir