Pompeo: Hizbullah İranın maraqlarına quluq edir, Livan xalqının deyil

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Livanda baş verən son siyasi proseslərə münasibət bildirib.

O, Hizbullahın Livan xalqının deyil, rəsmi Tehranın maraqlarını həyata keçirdiyini deyib. Pompeo qeyd edib ki, rəsmi Vaşinqton Livanda xalqın iradəsini əks etdirən, şəffaf dövlət qurulmasının tərəfdarıdır.

Departament rəhbəri Livanın yeni hökumətinin islahatlar həyata keçirəcəyi və öz öhdəliklərinə əməl edəcəyi təqdirdə ABŞ-ın bu ölkəyə dəstək göstərəcəyini bəyan edib. Hökumətin qurulmasından bir neçə saat sonra ölkə Prezidenti Mişel Aunun sədrliyi ilə Nazirlər Kabinetinin ilk iclası keçirilib.

Xatırladaq ki, ötən gün Həsən Diyabın Baş Nazirliyi ilə Livanda yeni Nazirlər Kabineti də qurulub.

 


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir