Tramp “Twitter”də gün ərzində paylaşım sayına görə rekord vurub

ABŞ prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində bir gün ərzindəki paylaşımlarının miqdarına görə yeni şəxsi rekorda imza atıb.

Bu barədə ABŞ liderinin rəsmi bəyanatlarını izləyən “Factbase” portalı bildirib.

Yerli vaxtla saat 18:35-ə olan vəziyyət üzrə Tramp 142 paylaşım edib. Hesablamalara əsasən,   Davosda Ümumdünya İqtisadi forumun iclaslarında ikənTramp hər 88 saniyədə bir  status yerləşdirib. O, əvvəlki rekorda 2019-cu ilin dekabrında imza atıb. ABŞ prezidenti həmin vaxt bir gün ərzində 123 tvit paylaşıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir