ABŞ hamilə qadınlara viza məhdudiyyəti tətbiq etməyə başlayıb

Tramp administrasiyası cümə axşamı “doğum turizmini” məhdudlaşdırmaq məqsədilə yeni viza qaydalarını təqdim edib. “Doğum turizmi” qadınların uşaqlarına ABŞ pasportu ala bilmək üçün doğum üçün Amerikaya gəlmələridir.

Federal Reyestr qaydalarına əsasən, əgər konsullar qadınların ABŞ-a getmələrinin əsas məqsədinin uşaq dünyaya gətirmək olduğu qənaətinə gəlsə, onlara turist vizası verilməyəcək. Qadınların yalnız doğum üçün deyil, həqiqi tibbi problemdən dolayı ABŞ-a səfər etdiklərini sübut etmələri çox çətin olacaq. Sağlamlıq  problemi olanlar ABŞ-a tibbi müalicə üçün gələn digər insanlar kimi rəftar görəcək  –  onlar da  nəqliyyat və yaşayış xərclərini ödəmək üçün vəsaitlərinin olduğunu sübut etməli olacaqlar.

ABŞ-a doğum üçün səyahət etmək əsas etibarıyla qanunidir, baxmayaraq ki, rəsmilər daha öncə doğum turizm agentliklərinin  əməkdaşlarını  viza saxtakarlığı və ya vergidən yayınma ittihamları ilə həbs ediblər. Qadınlar adətən viza üçün müraciət edərkən niyyətlərini dürüst şəkildə açıqlayırlar, hətta həkim və xəstəxanalardan aldıqları imzalı müqavilələri təqdim edirlər.

Cümə günü qüvvəyə minən yeni qaydalara əsasən, Dövlət Departamenti Birləşmiş Ştatlara uşaq üçün ABŞ vətəndaşlığı əldə etmək məqsədilə səfər etməyin istirahət məqsədli səyahət olmadığına inanır.

Prezident Donald Trampın administrasiyası immiqrasiyanın bütün formalarını məhdudlaşdırır, lakin Trampı ən çox narahat edən məsələ ABŞ-da doğulan hər kəsə vətəndaşlığın verilməsidir. Respublikaçı prezident bu məsələyə qarşı çıxıb və buna son qoymaqla təhdid edib, lakin alimlər və onun adminsitrasiyasnın üzvləri bunun asan olmadığını deyib.

Konsulluq işçilərinin qadınlardan hamilə olub-olmadıqlarını soruşmaq haqları yoxdur. Buna baxmayaraq onlar viza üçün müraciət edən qadınların ABŞ-a uşaq dünyaya gətirmək məqsədilə gəlib-gəlmədiklərini müəyyən etməlidirlər.

 


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir