Almaniyada insanlara atəş açılıb: ən azı 6 nəfərin həyatını itirdiyi bildirilir

Almaniyanın cənub regionundakı  Rot-am-Ze  şəhərində naməlum şəxs odlu silahdan ətrafdakı insanlara atəş açıb.

Alman mətbuatının “Focus” saytına istinadən yaydığı məlumata görə, insident nəticəsində ən azı 6 nəfər həyatını itirib. Yaralılar haqqında məlumat verilməyib.

İnformasiya mənbələri  atəş açan şəxsin polis tərəfindən saxlanıldığını, hadisənin məişət zəmində  törədildiyini bildirir, terror ehtimalını rədd edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir