Çinin Hubey əyalətində koronavirusa görə 10 şəhər bağlanıb

 Çinin Hubey əyalətində koronavirusa görə 10 şəhər bağlanıb

Çinin koronavirusun geniş yayıldığı Hubey əyalətində Uhan şəhərinin ardınca daha doqquz şəhərdə nəqliyyat əlaqəsi müvəqqəti dayandırılıb.

RİA “Novosti”nin məlumatına görə, nəqliyyatın fəaliyyətinin dayandırıldığı şəhərlərin sayı Uhan, Çibi, Eçjou, Xuanqan, Syantao, Çjiszyan, Syanszyan, Xuanşi, EnşiSyannin də daxil olmaqla 10-a çatıb.

Uhan şəhərində ən ciddi karantin mövcuddur. Bu şəhərdə yerli vaxtla saat 10:00-da avtobusların, bərələrin, metronun, su nəqliyyatının hərəkəti dayandırılıb. Həmçinin aeroportda uçuşlar da ləğv edilib, şəhərin və ölkə hakimiyyəti ora getməməyi və xüsusi səbəb olmadan şəhərdən çıxmamağı tövsiyə edir.

Eçjou şəhərində də dəmiryolunun hərəkəti dayandırılıb. Syantao hakimiyyəti bütün avtobusların və su nəqliyyatının hərəkətinə fasilə verilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir