“Boeing" “787 Dreamliner” təyyarələrinin istehsalını azaltmağı düşünür

 Bloomberg: “Boeing “787 Dreamliner” təyyarələrinin istehsalını azalda bilər”

Amerikanın “Boeing” şirkəti, tələbin az olması səbəbindən “787 Dreamliner” təyyarələrinin istehsalını azaltmağı düşünür.

Bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər yayıb.

Qeyd olunub ki, şirkət rəhbərliyi ayda 12 təyyarə yerinə 10 təyyarə istehsal etməyi planlaşdırır. “Boeing”in yeni istehsal cədvəli gələn həftə şirkətin gəlirləri haqqında hesabat açıqlanan zaman dərc ediləcək.

Bildirilib ki, hələlik son qərar verilməyib.

“Bloomberg” qeyd edib ki, artıq şirkət ötən ilin oktyabrında ay ərzində istehsal olunan təyyarələrin sayını azaldıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir