İslahatlar Naminə Açıq Media Bloku - "İNAM" yaradılıb

Deputatlığa namizəd jurnalistlər bir araya gələrək bəyanat yayıblar:

Əziz və hörmətli Azərbaycan xalqı,

2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisində ölkənin tanınmış jurnalistləri də namizəd kimi iştirak edirlər. Müxtəlif dairələr üzrə namizədlikləri qeydə alınmış həmkarlarımızın təbliğat-təşviqat kampaniyası uğurla aparılır. Seçicilərin də bu seçkiyə münasibəti yaxşı mənada fərqlidir. Onlar köhnə parlamentin məhz səriştəsiz fəaliyyət üzündən buraxıldığını bilir və yeni parlamentin daha çevik, dünyada yaşanan sərt siyasi iqlimə adekvat cavab vermə gücünə malik, xalqın rifahının yaxşılaşdırılmasına çalışanlardan ibarət tərkibdə formalaşacağına ümid bəsləyirlər.

Ölkənin bütün sahələrində ciddi islahatlar aparılır. Azərbaycan Prezidenti cəmiyyəti aktiv olmağa, ictimai nəzarəti gücləndirməyə çağırır və jurnalistləri özünün köməkçiləri adlandıraraq, medianı dəyişikliklərə dəstək verməyə sövq edir. Belə vəziyyətdə təbii ki, KİV daha məsuliyyətli olmağa borcludur, tanınmış jurnalistlərin də deputatlığa namizəd olması bu konteksdə alqışa layiqdir.

Biz həmkarıq, seçki prosesi boyunca bir-birimizin yanında olmaq mənəvi öhdəliyimizdir. Bununla yanaşı, birlikdə xalqın, cəmiyyətin, daha dəqiq, seçicinin yanında olmalıyıq.

Seçici şəffaf, ədalətli, demokratik seçkinin iştirakçısı olmaq istəyir. O, əvvəlki dövrlərdə olduğu kimi seçki prosesində yaşanan neqativləri daha görmək istəmir. Belədə seçicini arzusuna çatdırmaq bizim əsas məqsədimizə çevrilməlidir.
İslahatlar Naminə Media Bloku (İNMB) da məhz bu ehtiyacdan yarandı. Blokun üzvü olan namizəd jurnalistlər seçki prosesi boyu yaşanan həm neqativ, həm də pozitiv hadisələri bir mənbədən işıqlandırmağı hədəf seçiblər. Mübarək seçki adına xələl gətirən, o cümlədən şəffaf mühitin formalaşmasına xidmət edən hər bir hadisə yerli və dünya ictimaiyyətinin nəzərinə çatdıracağıq. Seçkinin yekun bəyanatı da İNMB tərəfindən hazırlanaraq yayılacaq.
Namizəd jurnalistlərin təmsil olunduğu blok həmkarların təbliğat-təşviqat prosesinə də dəstək verəcək. “Birimiz hamı üçün, hamımız birimiz üçün” prinsipi ilə jurnalistlərin təbliğat kampaniyasına qoşulacaq, dəyərli namizədimizi bir daha seçiciyə tanıtdıracağıq.

Ali məqsədimiz ölkədə yaşanan islahatlara dəstək olmaq, ictimaiyyətin demokratik dəyərlərə sahib çıxmasına çalışmaq, ölkəmizin və dövlətimizin adını uca tutmaqdır.
Bu yolda bizimlə birgə addımlayan bütün həmkarlarımıza uğurlar diləyir, 2020-ci il Milli Məclisinə keçiriləcək seçkinin başımızı uca edəcəyinə əminliyimizi ifadə edirik. Ölkəmizə rifah yaşadacaq islahatlara dəstək verənlər sırasında olmaq, prosesin önündə getmək media üçün şərəfdir.

  • 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsindən deputatlığa namizəd Yolçuyev Əkbər Mehdi oğlu
  • 23 saylı Nəsimi – Səbail seçki dairəsindən deputatlığa namizəd Şahsuvarov Taleh Novruz oğlu
  • 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Nəsiman Yaqublu
  • 28 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızı
  • 31 saylı Suraxanı ikinci dairədən deputatlığa namizəd Balacanov Ismayıl Məhəmməd oğlu
  • 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Abbasov Rauf Arif oğlu
  • 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Musayev Ceyhun Musa oğlu
  • 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İsmayılbəyli Süleyman Nəbi oğlu
  • 55 saylı Xaçmaz Şəhər seçki dairəsindən deputatlığa namizəd Həsrət Azər Hacıqulu oğlu
  • 72 saylı Yardımlı – Masallı dairəsindən deputatlığa namizəd Əhmədov Xanoğlan Əlüseyn oğlu
  • 80 saylı İmişli – Beyləqan seçki dairəsindən deputatlığa namizəd Nəcəfov Kəramət Qəşəm oğlu
  • 82 saylı Agcabədi seçki dairəsindən deputatlığa namizəd Abdullayev Sənan Həsən oğlu
  • 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Osmanlı Yusif Məhəmməd oğlu
  • 92 saylı Zərdab – Ucar seçki dairəsindən deputatlığa namizəd Seyidli Jalə Mütəllim qızı
  • 96 saylı Goranboy – Naftalan seçki dairəsindən deputatlığa namizəd İsmayılov Rufik Afis oğlu
  • 96 saylı Goranboy – Naftalan seçki dairəsindən deputatlığa namizəd Həziquliyev Əli Sevindik oğlu
  • 102 saylı Samux – Şəmkir seçki dairəsindən deputatlığa namizəd Turan Tural Mətləb oğlu
  • 117 saylı Oğuz – Qəbələ seçki dairəsindən deputatlığa namizəd İsmayılova Ləman Aləşrəf qızı
  • 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsindən deputatlığa namizəd Məmmədov Zaur Əhməd oğlu
  • 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsindən deputatlığa namizəd Nəcəfov Elşən Hökumət oğlu
  • 125 saylı Zəngilan – Qubadlı seçki dairəsindən deputatlığa namizəd Məhərrəmova Afət Telman qızı

Qeyd: siyahı açıqdır, adı siyahıda olmayan namizəd jurnalistlər müraciət edə bilərlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir