Braziliyada güclü yağışlar və torpaq sürüşməsi 14 nəfəri həyatdan məhrum edib

Braziliyanın Minas-Jerays ştatında yağış və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 14 nəfərə çatıb.

Bu barədə şənbə günü “Globu” televiziyası ştatın hərbi komandanlığına istinadən bildirib.

Kanalın məlumatına görə, daha yeddi nəfər yaralanıb, 2,5 mindən çox insan evsiz qalıb. Xilasedicilər dağıntılar altında itkin düşmüş şəxslərin axtarışını davam etdirir. Qonşu Espiritu-Santu ştatında bir həftə davam edən yağışlar nəticəsində 3 mindən çox adam küçədə qalıb, 9 nəfər ölüb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir