DYP: İsmayıllıda baş vermiş qəzada bir ailənin 3 üzvü həlak olub

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (Baş DYP İdarəsi) Muğanlı-İsmayıllı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və onun sərnişini 1985-ci il təvəllüdlü Quliyeva İlahə Əbülfət qızı hadisə yerində həlak olublar, digər 2 sərnişin, 2012-ci təvəllüdlü Quliyeva Aysu İlham qızı, 2010-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, eləcə də avtobusun sərnişinləri, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Acalova Xatirə Rafiq qızı, 1959-cu il təvəllüdlü Ramazanova Suvar Şahbaz qızı və 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı müxtəlif dərəcəli xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da onlardan 8 yaşlı A.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir