Qəbələyə turist aparan avtobusun qəza etməsi insan itkisi ilə nəticələnib

 

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nıın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər həlak olub, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir