NK: “Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib

“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən “Turizm Reyestrinin aparılma Qaydası”  Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, o cümlədən istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən açıq hesab edilən məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin edir.

Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.

Reyestrin fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını reyestrin operatoru olan Turizm Agentliyi təmin edəcək. Reyestrdən istifadə və reyestrdən məlumatların əldə edilməsi ödənişsiz olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir