Türkiyə: zəlzələdən sonrakı 3 günün nəticələri

Türkiyədə baş vermiş 6,8 bal gücündə zəlzələdən 3 gün keçib. Bu günə olan son məlumatlara görə, təbii fəlakət nəticəsində 40 nəfər həyatını itirib.

Ötən müddətdə  fəlakət bölgəsində 2 min 945 binaya baxış keçirilib. Tikililərin 87-nin tamamilə dağıldığı, 1287-nin ciddi zədələrlə qəzalı vəziyyətə düşdüyü, 876-nın az  zədələndiyi  müəyyənləşdirilib.

Qəzalı vəziyyətdə təhlükə saçan 12 binanın  təcili  tamamilə sökülüb yığışdırılmasına qərar verilib. 627 tikilinin istifadəyə yararlı olduğu qeydə alınıb.

Bölgəyə 305 TIR yardım çatdırılıb. Ümumilikdə 24 min 402 ədəd ailə çadırı, 400 ədəd ümumi təyinatlı çadır, 25 min 501 yataq, 63 min ədyal, 3 min 651 qızdırıcı, 6 min 436 ədəd qida paketi göndərilib.

Türkiyə Daxili İşlər naziri Süleyman Soylu mətbuat konfransında kəndlərdə dağılmış evlərə görə 16 min lirə  ev sahiblərinə yardım veriləcəyini deyib.

Eyni zamanda nazir ciddi zədəli və sökülməli evlərə görə 30 min, kirayə üçün 11 min lirə olmaqla  cəmi 41 min lirə kompensasiya ödəniləcəyini açıqlayıb.

Orta dərəcədə zədəli evlərə görə isə təcili 5 min lirə yardım ayrılacaq və sahiblərinə uzunmüddətli faizsiz 27 min lirə kredit veriləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir