AZAL Azərbaycandan Çinə uçuşları bir aylıq dayandırır

AZAL-ın sözçüsü Paşa Kəsəmənskinin bildirdiyinə görə, şirkət hər il fevral ayında Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri müvəqqəti dayandırır.

Hazırda Çində 80 nəfərdən çox insanın ölümünə səbəb olan koronavirus infeksiyası yayılıb, 3 minə yaxın adama isə bu xəstəliyin diaqnozu qoyulub.

AZAL nümayəndəsi  reyslərin dayandırılmasına səbəb olaraq tələbatın aşağı düşməsini göstərib.

Bununla belə,  yanvar ayına planlaşdırılmış reyslərdə dəyişiklik nəzərdə tutulmayıb və bütün reyslər elan olunmuş vaxtda həyata keçiriləcək.

AZAL-dan bildirilib ki, Çinə uçuşlar martın 8-dən yenidən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Çindən Bakıya həftə ərzində 2 reys AZAL və 2 reys “China Southern” aviaşirkəti tərəfindən olmaqla, ümumilikdə, 4 reys yerinə yetirilir.

Bakıya Çinin Pekin və Urumçi şəhərlərindən aviareyslər var.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir