Batuminin sabiq meri 7 il müddətinə azadlıqdan məhrum edilib


 Batuminin sabiq meri 7 il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin keçmiş meri Giorgi Yermakov 7 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Batumi Şəhər Məhkəməsi qərar qəbul edib.

Sabiq merin ailə üzvləri məhkəmə qərarından şikayət verəcəklərini bildiriblər.

Qeyd edək ki, G.Yermakov və daha 6 məmur ötən ilin mayın 30-da xüsusi əməliyyat zamanı saxlanılıb. Onlar Batumidə həyata keçirilən “Ucuz ev” layihəsi ilə bağlı israfçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunublar.

G.Yermakov 2014-2017-ci illərdə Batuminin meri olub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir