Gözü lazer şüalanmasından qorumaq üçün üsul təklif edilib

Gözü lazer şüalanmasından qorumaq üçün üsul təklif edilib

Lazer texnologiyalarının tibb və sənaye istehsalı sahələrində tətbiqi gözün zədələnmə riskini meydana çıxarır. Voronej Dövlət Universitetinin Optika və Spektroskopiya şöbəsinin assistenti Andrey Zvyagin tərəfindən impulslu lazer şüalanmasından istifadə zamanı görmə qabiliyyətini qorumaq üçün yeni təsirli mexanizm yaradılıb.

Təklif olunan yanaşmanın yeniliyi qeyri-üzvi və üzvi strukturların birləşməsi hesabına unikal hibrid xüsusiyyətlərinə malik orijinal materialların işlənilməsindən ibarətdir. Optik şüalanma qəbuledicilərinə ziyan vurma riskini azaltmaq məqsədilə tərkibinə koloidal kvant nöqtələrinin hibrid birləşmələri və üzvi boyaların molekulları daxil olan nazik təbəqənin yaradılması təklif olunur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir