İranda daha bir sərnişin təyyarəsi qəzaya uğrayıb

 

İranın Xuzistan əyalətinin Mahşəhr şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb

İran mənbələrinə istinadən mətbu orqanlar “Caspian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin Mahşəhr hava limanında uçuş zolağından çıxdığını yazır. Hadisəyə səbəb kimi pilotun eniş zamanı gecikməsi əsas göstərilir. Amma aşağıda təqdim olunan videodan bəlli olur ki, təyyarə aeroportdan kənarda – avtomobil yoluna çarpaz  istiqamətdə qəza enişi edib və yolun ortasındadır.

Göyərtəsində 135 sərnişin və 7 ekipaj üzvü olan “Boeing” markalı təyyarə daxili reyslə Tehrandan  Mahşəhrə uçub. İran Mulki Aviasiya Şirkəti qəza ilə bağlı mütəxəssislərin iştirakı ilə araşdırmaların başladığını bəyan edib.

Qəza nəticəsində ölən olmayıb, yalnız 2 nəfər xəsarət alıb.


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir