Ötən il vergi orqanlarına daxil olan müraciətlərin 79%-dən çoxu müsbət həll olunub

 Ötən il vergi orqanlarına daxil olan müraciətlərin 79%-dən çoxu müsbət həll olunub

Ötən il vergi orqanlarına 233 min 193 müraciət daxil olub. Onlardan 93%-i ərizə, 6,9%-i şikayət, 0,1%-i təklif olub. 683 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərdən 79,3%-i tam, 0,2%-i qismən müsbət həll olunub, 18,4%-i barədə müvafiq izahatlar verilib, 0,8%-i əsassız sayılıb, 0,4%-i isə aidiyyəti üzrə göndərilib, 1,2%-i icradadır.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il vətəndaşlar Vergilər Nazirliyinə əsasən vergi mükəlləfiyyətinin dəyişdirilməsi, vergi ödəyicisinin qeydiyyatı ilə bağlı arayışların verilməsi, vergi və sosial sığorta haqları üzrə borclar, kameral vergi yoxlamaları ilə bağlı müraciət ediblər.

2019-cu ildə nazirliyin aparatına 27 min 70 müraciət daxil olub. Daxil olan müraciətlərdən 50,5%-i ərizə, 48,5%-i şikayət, 1%-i təklif olub. 54 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Ötən il vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 7 976 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Qeyd edək ki, Vergilər Nazirliyinin aparatında qəbul edilmiş 1 713 vətəndaşın müraciətindən 413-ü vergi orqanlarında işə qəbul olunma və iş yerinin dəyişdirilməsi, 338-i ƏDV, 112-si səyyar vergi yoxlaması, 107-si vergi borcları, 103-ü ölkə sərhədlərindən çıxışına qoyulmuş məhdudiyyət, 73-ü kameral vergi yoxlaması, 48-i vergidən yayınma halları, 45-i vergi qanunvericiliyinin tətbiqi, 19-u vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 11-i operativ vergi nəzarəti tədbirləri ilə bağlı olub.

Xatırladaq ki,Vergilər naziri və onun müavinləri tərəfindən il ərzində müxtəlif şəhər və rayonlarda 249 vətəndaş qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir