Özü parçalanan qurğu endoskopiyanı xeyli asanlaşdıracaq

Özü parçalanan qurğu endoskopiyanı xeyli asanlaşdıracaq

 

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən endoskopiya prosesini xeyli asanlaşdıracaq yeni metod təklif edilib.

4pda.ru saytı xəbər verir ki, pasiyent tərəfindən ağrılı, xoşagəlməz hisslərlə müşahidə olunan və xüsusi qurğunun udulmasını tələb edən ənənəvi metoddan fəqli olaraq, yeni yanaşma endoskopiya zamanı xəstənin polimer hidrogellə örtülmüş kürəcik udmasını təklif edir.

Tədqiqatçıların sözlərinə görə, insan orqanizmi üçün tamamilə təhlükəsiz olan yeni qurğunun möhkəm və davamlı materialdan hazırlanması onun öz-özünə parçalanmasına imkan vermir. Prosedur başa çatdıqdan sonra orqanizmin daxilindəki kürəcik 405-365 nanometr dalğa uzunluğu olan işığın təsiri nəticəsində parçalanır.

Alimlərin fikrincə, yeni yanaşmanın əsas üstünlüyü işığın qurğuyla birbaşa əlaqəyə girmədən ona məsafədən təsir edə bilməsindədir.


Mənbə: AMEA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir