Pekində koronavirusdan ilk ölüm hadisəsi baş verib

 Pekində koronavirusdan ilk ölüm hadisəsi baş verib

Bu gün Pekində yeni koronavirusun törətdiyi pnevmoniyadan ilk ölüm hadisəsi qeydə alınıb.

Bu barədə “Report” Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir.

Bildirilir ki, paytaxtda virusa yoluxanların sayı 8 nəfər artaraq 80-ə çatıb. Onlardan 12-nin vəziyyəti ağırdır. Yeni tipli pnevmoniya nəticəsində dünyasını dəyişən 50 yaşlı xəstə ayın 15-də virusun yayılmağa başladığı Uhan şəhərindən qayıdıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir