AZAL: Çinə əvvəldən alınmış aviabiletlər cəriməsiz geri qaytarıla bilər

Martın 28-dək Azərbaycan Hava Yollarından Çinə aviabilet alanlar biletləri cərimə olunmadan geri qaytara bilərlər.

Bu barədə AZAL açıqlama yayıb. Dövlət aviasiya şirkəri  Çin istiqamətində reyslərin təxirə salınmasının  koronavirus təhlükəsi ilə əlaqəli olduğunu qeyd edib.

AZAL-ın məlumatına görə, sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya  biletləri geri qaytara bilərlər.

Xatırladaq ki, dünən  AZAL Azərbaycandan Çinə uçuşları bir aylıq dayandırılacağını elan etmişdi.

Hazırda Çində 106 nəfərdən çox insanın ölümünə səbəb olmuş  koronavirus infeksiyası yayılmaqda davam edir. Yoluxanların sayı 4 minə çatıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir