Deputatlığa namizəd Vahid Əhmədovun seçicilərlə görüşləri davam edir

52 saylı Quba seçki Dairəsindən deputatlığa namizəd Vahid Əhmədovun seçicilərlə görüşləri davam edir. Bu haqda namizədin seçi qərargahından məlumat verilib.

Məlumata görə, bu dəfəki görüşlər Qubanın İsnov, Kələnov və Gədikqışlaq kəndlərində keçirilib. Həmişə olduğu kimi, Vahid Əhmədovun gəlişi böyük maraq doğurub və , seçiçilər onunla görüşə həvəslə gəliblər.

Hər yerdə isti münasibətlə qarşılanan namizəd  bu vaxtadək  deputat kimi Milli Məclisdə gördüyü işlər barədə seçiçilərə məlumat verib və seçiləcəyi  təqdirdə gələcək planlarından danışıb.

Zərqava istiqamətində və ön dörd kəndi birləşdirən asfalt yolun çəkilib istifadəyə verilməsindən, bir sıra sosial problemlərin həllindən bəhs edən kənd sakinləri dövlətə minnətdarlıqlarını ifadə  etməklə yanaşı qayğılarını da namizədlə bölüşmüş, onun əlaqədar orqanlar qarşısında məsələ qaldıracağına ümidvar olduqlarını bildrimişlər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir