Goranboyda ev yandı - Xəsarət alan var

Goranboyda ev yandı - Xəsarət alan var

Goranboy rayonunda 4 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata əsasən, rayonun Borsunlu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir