"Sabah" klubu heyətini Moldova futbolçusu ilə gücləndirib

 "Sabah" klubu Moldova millisinin futbolçusunu transfer edib

Transfer çalışmalarını davam etdirən “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalanıb.

26 yaşlı futbolçu karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub.

Qeyd edək ki, Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir