“Sepah”ın PUA-sı qəzaya uğrayıb – VİDEO

“Sepah”-ın pilotsuz uçan aparatı (PUA) qəzaya uğrayıb. Hadisə  Xuzistan əyalətində baş verib.

Yayılan məlumatlara əsasən, “Sepah”ın istifadə etdiyi “Şahid 129” tipli PUA Xuzistan əyalətinin Mollasani şəhəri yaxınlığında, Şənicə kəndi ətrafında qəzaya uğrayıb.

“Sepah”ın hava-kosmik qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi bəyanat yayaraq  PUA-nın  Xuzistan-İsfahan əyalətləri arasında uçarkən yaranmış texniki nasazlıq üzündən düşdüyünü  bildirib.

PUA-nın düşdüyü bölgədə insanlara zərər dəyməyib, xəsarət alan olmayıb.

 

 


Mənbə: GünazTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir