ABŞ İranın raket zərbələrindən kontuziya almış hərbçi sayını 50-yə yüksəldib

İranın cavab tədbiri olaraq İraqdakı hərbi bazaya raket zərbəsi nəticəsində kontuziya almış ABŞ  hərbçilərinin  sayı 50-yə yüksəlib.

Bunu Pentaqonun rəsmi nümayəndəsi Tomas Kempella  bəyan edib. O, daha 16 hərbçiyə baş-beyin travması diaqnozu qoyulduğunu bildirib:

Bu günə belə travma almış ABŞ hərbiçilərinin sayı 50-dir”.

Pentaqon nümayəndəsi 31 hərbçinin İraqda tibbi yardım aldıqdan  sonra yenidən xidmətə döndüyünü, digərlərinin Almaniyaya müalicəyə  göndərildiyini söyləyib.

Xatırladaq ki, ABŞ-İran qarşıdurmasından, İranın amerikalıların da olduğu İraqdakı hərbi bazaya raket zərbələrindən sonra ABŞ Prezidenti Donald Tramp  hərbçilərinin heç bir xəsarət almadığını dəfələrlə demiş, daha sonra kontuziya alanların olduğunu etiraf etmişdi.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir