Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov qürbətdə vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayevin verdiyi xəbərə görə,  Tofiq Qasımov yanvarın 26-da,  82 yaşında, mühacir həyatı sürdüyü İsveçrədə vəfat edib və bir gün sonra dəfn edilib.

Onun vəfat etməsi və dəfn olunması xəbərini İsveçrədə yaşayan Müsavat fəallı Hacı Hacıyev Tofiq Qasımovun kürəkənindən aldığını deyib.

Hacı Hacıyevin sözlərinə görə, Tofiq Qasımovun ailəsi onun Azərbaycanla və xüsusən də, mətbuatla əlaqə saxlamasını istəməyib.

Tofiq Qasımov 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri olub.

Tofiq Qasımov ən çox indiki Milli Məclisdə (Ali Sovetdə) o vaxt Ali Sovetin sədri olan Heydər Əliyevə qarşı çıxışı ilə yadda qalıb.

Tofiq Qasımov həmin çıxışında 1993-cü ildə keçirilmiş və prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi ilə nəticələnmiş referendumu qeyri-demokratik hesab etmişdi və bu, Heydər Əliyevin onu sərt tənqid etməsinə səbəb olmuşdu.

Bu çıxışı əks etdirən görüntülər YouTube-da yerləşdirilib.

Tofiq Qasımov 90-cı illərin ortalarında qiyamda ittiham olunaraq həbs edilmiş və azadlığa çıxdıqdan sonra əvvəlcə Türkiyəyə, sonra isə Avropaya getmişdi.

Tofiq Qasımov ailə üzvlərilə birlikdə İsveçrədə yaşayıb.

O, Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işləyib, yüzlərlə elmi əsərin müəllifidir.


Mənbə: BBC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir