Bakıda azyaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır


 Bakıda azyaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda yol qəzasında azyaşlı qızın ölümünə səbəb olmaqda təqsirləndirilən Camal Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı fevralın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 22-də paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, C.Vəliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili yol keçmək istəyən 1979-cu il təvəllüdlü Həşimova Yeganə Füzuli qızını və onun övladları – 3 yaşlı Həşimova Nazlı Ramin qızı və 4 aylıq Həşimova Alina Ramin qızını vurub.

Hər üç yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb. Lakin 3 yaşlı N.Həşimova yolda dünyasını dəyişib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir