Qazaxda avtomobil piyadanı vurub


 Qazaxda avtomobil piyadanı vurub

Qazaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazaxın Birinci Şıxlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir