"Biz, İran Türkləri İran stadionlarında irqçi hərəkətlərə və şüarlara son qoyulmasını tələb edirik

İran türkləri (azərbaycanlıları) arasında populyar futbol komandası olan “Traktor”un Tehranın “Persepolis” oyununda  “Persepolis” azarkeşlərinin təhqiramiz  şüarlarına etiraz məqsədilə “Twitter” sosial şəbəkəsində kampaniya başladılıb.

“Traktor” klubunun prezidenti Məhəmmədrza Zunuzi məsələyə münasibət bildirib.

Zunuzi bir müsahibədə FİFA qanunlarına görə etnik mənsubiyyətə qarşı təhqiramiz şüarların səsləndirildiyi matçlarda hakimin oyunu durdurması gərəkdiyini və bu qanuna əsasən Tehrandakı matçın hakim tərəfindən dayandırılmalı olduğunu deyib. O, həmçinin İran Futbol Federasiyasının bu matç ilə bağlı bir qərar vərmədiyi təqdirdə FİFA-ya şikayət edəcəyini söyləyib.

“Twitter”də başladılan “Səsimizi Eşit FİFA” #fifa_hear_our_voice kampaniyasının açılış bəyanatında deyilir:

“Traktor” Azərbaycan ilə “Persepolis” futbol komandalarının son matçında “Persepolis” azarkeşlərinin “Eşşək, Eşşək” çıxırmaqla milyonlarca türkü aşağılaması ilə bağlı FIFA və AFC kimi beynəlxalq futbol təşkilatlarına etirazımızı bildirmək qərarına gəldik”.

“Biz, İran Türkləri İran stadionlarında irqçi hərəkətlərə və şüarlara son qoyulmasını tələb edirik”, – deyə kampaniyaya qatılan şəxslər AFC və FİFA-nın “Twitter” hesablarını tağla paylaşımlar ediblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir