“Buta Airways”in veb-saytının bəzi funksiyaları işləməyəcək

“Buta Airways”in veb-saytının bəzi funksiyaları işləməyəcək

“Buta Airways”in resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi “www.butaairways.az” veb-saytının bəzi funksiyaları fevralın 5-dən (Bakı vaxtı ilə 20:00) etibarən müvəqqəti olaraq işləməyəcək. Sayt və mobil əlavədə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək.

Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür. Onlayn qeydiyyatın aktiv olmadığı müddət ərzində bütün reyslərə hava limanlarında qeydiyyat ödənişsizdir.

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə “callcenter@butaairways.az” elektron poçt ünvanı, saytdakı əks əlaqə forması və yaxud “WhatsApp” (+994 70 437 40 86) vasitəsilə müraciət etmək olar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir