İranda yandırmaq, ayaq silmək üçün ABŞ və İsrail bayraqları istehsal olunur

Bu fabrik İranın Xumeyn şəhərindədir – Xameyninin vətənində.  Müəssisədə İran bayrağı ilə yanaşı, etiraz aksiyalarında yandırmaq üçün Amerikanın və İsrailin dövlət bayraqları istehsal olunur. “Röyter” agentliyinin  yayımladığı  reportajda verilən məlumata görə, ayda 2-3000 belə bayraq istehsal olunur. Nifrət ideolojiyasına güc verdikcə bu bayraqlara təlabat da artır.

Siyasi böhranı fürsət bilib, bunun üzərindən pul qazanmağa çalışanlar  ABŞ və İsrail xalqı ilə deyil, bu dövlətlərin rəhbərləri ilə problemləri olduğunu ifadə edirlər.  Şirkət sahibi Xasem Xanjani  müsahibəsində bayraqların ayaq silməyə də yaradığını bildirib…

Bununla belə, fabrik sahibi unudur ki, təhqir edilən  atribut  – dövlət bayraqları  “düşmən” dedikləri şəxslərə yox,  dövlətlərə aiddir. Dövlətlər də xalqa.

Eyni zamanda, öz dövlət bayrağına hörmət edən şəxs və ya cəmiyyət düşmən olsa belə, başqalarının dövlət bayrağına hörmət etməlidir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir