Mərkəz rəhbəri: “Gürcüstanda koronavirusla bağlı təşvişə əsas yoxdur”

 Mərkəz rəhbəri: “Gürcüstanda koronavirusla bağlı təşvişə əsas yoxdur”

“Gürcüstanda koronavirusa yoluxma halı qeydə alınmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, təşvişə əsas yoxdur və ölkədə virusun qarşısının alınması ilə bağlı ciddi tədbirlər görülür.

Mərkəz rəhbəri qeyd edib ki, Batumidə olan iki çinli ziyarətçidə heç bir təhlükəli virus aşkar olunmayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir