Neftin qiyməti 2050-ci ildə 180 dolları keçə bilər

Neftin qiyməti 2050-ci ildə 183 dolları keçə bilər

“Brent” markalı neftin qiyməti 2050-ci ilədək istehsal xərclərinin yüksək və resursların az olması səbəbi ilə bir barel üçün 183 dollara çata bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsinin (EIA) illik uzunmüddətli proqnoz hesabatında bildirilib.

Gələcəkdə enerji resurslarından istifadə haqqında qanunlarda ciddi dəyişikliklərin baş verməyəcəyi halda “Brent” markalı neftin bir barelinin qiyməti 105 dollara qədər bahalaşa bilər. Lakin aşağı istehsal xərcləri və resurs çoxluğu vəziyyətində qiymət bir barel üçün 46 dollara qədər düşə bilər.

Proqnoza görə, ABŞ-da neft hasilatının pik nöqtəsi 2022-ci ildə olacaq və gündə 14 milyon barel təşkil edəcək. Şist hasilatının daha az məhsuldar sahələrə keçəcəyi və neft hasilatının azalacağı səbəbindən neft hasilatı həcmləri 2045-ci ilə qədər bu göstəriciyə yaxın vəziyyətdə dəyişəcək. Bütün bunlara baxmayaraq Birləşmiş Ştatların ümumi istehsal həcmində şist yağının payı 2050-ci ilə qədər 73 faizə çatacaq. 2045-ci ildən sonra ABŞ-da neft hasilatının azalması gözlənilir.

Daha əvvəl EIA, ABŞ-da gündəlik hasilatı ötən ilki 12,29 milyon barelə nisbətdə 2020-ci ildə 13,3 milyon barel səviyyəsində gözlənildiyini və 2021-ci ildə hasilatın 13,7 milyon barelə qədər artacağını bildirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir