Peruda ildırım 10-dan çox insanı öldürüb

Peruda ildırım 10-dan çox insanı öldürdü

Peruda dörd gün ərzində ildırım vurması nəticəsində ən az 13 nəfər ölüb.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri qeyd edirlər ki, bu təbii hadisənin tez-tez baş verdiyi bölgədə insanların təhlükəsizliyi "həyati zərurət məsələsidir".

Perunun Milli Meteoroloji və Hidroloji Xidməti sakinləri fırtına olduğu və şimşək çaxdığı zamanları tədbir görməyə çağırıb: ağacların altında, pəncərələr və qapılar yaxınlığında dayanmamalı, məişət texnikası və mobil telefonları söndürməli və çətirdən istifadə etməməlidirlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir