Prezident Ərdoğan: "Əsrin razılaşması" bir işğal layihəsidir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “JW Marriott” mehmanxanasında keçirilən  V Anadolu Media Mükafatlarının təqdimetmə  mərasimində çıxış edib. O, ABŞ və İsrailin Fələstin ilə əlaqəli elan etdiyi plana sərt münasibət bildirib:

“Yüz ilin anlaşması deyirlər.  Nə anlaşması – bu, bir işğal layihəsidir”

və davam edərək:

Qüds satılmır. Kimsə “sizə bir şeylər verək, siz də  buranı bizə buraxın” ədəbsizliyinə girişməsin.  Türk milləti olaraq Fələstinə baxışımız cənnətməkan Sultan Əbdülhəmid Xanın necə idisə, bu gün bizim də  baxışımız odur”

, – deyib.

Türkiyə Prezidenti yürütdükləri  siyasətlə ölkəni yeni Mondros* müqaviləsinə məcbur etmək istəyənlərin oyunlarını pozduqlarını söyləyib:

Qarşımızda yalan-yanlış məlumatlarla Türkiyəni və türk millətini qaralamaq üçün canfəşanlıqla çalısan nəhəng bir mexanizm var”.

 

* red: Mondros (Modros) – I Dünya müharibəsində Osmanlının məğlubiyyətini rəsmiləşdirən sülh müqaviləsidir

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir