Türkiyədə zəlzələ ilə bağlı xeyriyyə kampaniyasına 80 milyon pul yığılıb


 Türkiyədə zəlzələ ilə bağlı xeyriyyə kampaniyasına 80 milyon pul yığılıb

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Elazığ və Malatya şəhərlərində baş verən zəlzələdən sonra başlatdığı xeyriyyə kampaniyasına 79600016 lirə (22686000 AZN) ianə toplandığını açıqlayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Elazığ və Malatya üçün başladılan yardım kampaniyasının nəticəsində vətəndaşlar bank hesablarına 51843636 lirə, SMS vasitəsilə ilə isə 27756380 lirə ianə köçürüblər.

Xatırladaq ki, yanvarın 24-ü, gecə saatlarında baş verən 6,8 bal gücündə yeraltı təkan nəticəsində Elazığ və Malatya şəhərlərində 41 nəfər ölüb, 45 nəfər dağıntılar altından sağ çıxarılıb. Xəstəxanalara yerləşdirilən 1607 nəfərdən 1553-ü evə buraxılıb, 7-si həkimlərin ciddi nəzarət altında olmaqla 54 nəfərin müalicəsi davam edir.  

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir