Zabratda 52 yaşlı kişi döyülüb


 Zabratda 52 yaşlı kişi döyülüb

Bakıda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 52 yaşlı Əhmədov Arif naməlum şəxslər tərəfindən döyülüb.

Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir