BDU-nun tələbəsi virus təhlükəsi ilə xəstəxanaya aparılıb

 BDU-nun tələbəsi virus təhlükəsi ilə xəstəxanaya aparılıb

Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən Bakı Dövlət Universitetinin çinli tələbəsi evə buraxılıb.

“Report”un əldə etdiyi məlumata görə, həkimlərin nəzarətindən keçən tələbədə hər hansı virusa yoluxma halı aşkar edilməyib.

Rusiyanın Krosnayarsk vilayətindən Azərbaycana gələn şəxs isə 1 saylı Kliniki Tibbi Mərkəzə öskürək və asqırmaqla bağlı müraciət edib.

Həmin xəstədən də nümunələr götürülüb, laboratoriyaya göndərilib. Yaxın vaxtlarda nəticələr məlum olduqdan sonra evə buraxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir