İran vә Çin arasında hava reyslәri dayandırılıb

Bunu İranın Sәhiyyә naziri Sәud Nәmәki deyib.

S.Nәmәkinin sözlәrinә görә, bununla әlaqәdar vitse-prezident vә bir neçә nazirin iştirak etdiyi iclasda qәrar verilib.

Nәmәki әlavә edib ki, Çindә olan İran vәtәndaşlarının ölkәyә gәtirilmәsi ilә bağlı qәrar da verilib. Belә ki, onlar üçün xüsusi uçuşlar tәşkil oluna bilәr.

İranlı nazir deyib ki, ölkәyә gәtirilən vətəndaşlar xüsusi şәkildә 2 hәftәlik nәzarәtә götürülәcәklәr.

“Çin hökumәtinin razılığı olduğu halda gәlәn hәftә 70 iranlı tәlәbәnin ölkәyә gәtirilmәsi planlaşdırılır”, – deyә o qeyd edib.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 213 nəfərə, yoluxanların sayı ilə 9 692 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya və Almaniyada da qeydə alınıb.


Mənbə: Trend

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir