Kanalda batan Yevlax sakininin meyiti tapılıb

Kanalda batan Yevlax sakininin meyiti tapıldı

Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şölə Səfər qızının axtarışları sona çatıb.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Bildirilir ki, Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir