"Qarabağ"a qol vuran futbolçu klubunu dəyişib


 "Qarabağ"a qol vuran futbolçu klubunu dəyişib

İspaniyanın “Sevilya” klubunun futbolçusu Brayan Qil komandasını dəyişib.

“Report”un məlumatına görə, 19 yaşlı hücumçu La Liqanın digər təmsilçisi “Leganes”ə keçib.

B.Qil yeni komandasında mövsümün sonuna qədər icarə əsasında oynayacaq. Gənc oyunçu cari mövsüm Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya”nın İspaniyada “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldiyi görüşdə komandasının ilk qoluna imza atıb. 

Qeyd edək ki, “Leganes” klubu La Liqada geridə qalan 21 turdan sonra 15 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir