Şəmkirdə yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

 Şəmkirdə yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

Şəmkir rayonunda betonqarışdıran maşın minik avtomobili ilə toqquşub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşınının “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir