Türkiyədə zəncirvari yol qəzası baş verib, çox sayda xəsarət alan var

 Türkiyədə zəncirvari yol qəzası baş verib, onlarla insan xəsarət alıb - FOTO

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

“Report”un “Habertürk”ə istinadən məlumatına görə, hadisə Bolu şəhərində qeydə alınıb.

Anadolu – Ankara avtomobil yolunda 2 sərnişin avtobusu, 2 yük avtomobili və daha 1 nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım, xilasedicilər və çoxlu sayda polis cəlb edilib.

Qəza səbəbindən magistral yol bağlanıb. Hadisənin təfərrüatı açıqlanmır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir