Türkiyənin təxliyə təyyarəsi Çinə doğru havalanıb

Yeni tip koronavirüs epidemiyasının yaşandığı Çinin Vuhan şəhərindən təxliyə  üçün təcili yardıma çevrilmiş  hərbi yük təyyarəsi Etimesgut Hərbi Aerodromuna enib. 

Türk Hərbi Hava Qüvvələrinə aid  A400M yük təyyarəsinə burada yenidən yanacaq doldurulub. Daha sonra təyyarəyə Çinə gedən komanda üçün qoruyucu geyimlər, maskalar, dezinfeksiyaedici materiallar, digər tibbi və ərzaq məhsulları yüklənilib.

TIKA və Səhiyyə Nazirliyi tərəfindən Çinə yardım məqsədilə göndərilən tibbi avadanlığı,  materiallar  da təyyarəyə daşınıb. 

Səhiyyə Nazirliyi tərəfindən planlaşdırılan böyük evakuasiya əməliyyatı çərçivəsində 2 infeksiya mütəxəssisi, 4 infeksiyaya nəzarət tibb bacısı və bir tibb  qrupu ilə  təyyarə Bakı vaxtı ilə  13:-05 radələrində havaya qalxıb. 

Bt təyyarə ilə  epidemiyanın yaşandığı Vuhandan   34 Türkiyə vətəndaşı ilə bərabər 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı Türkiyəyə gətirəcək.

Sağlamlıq müayinəsindən keçməklə təyyarəyə minəcək  49 nəfər  Türkiyəyə döndükdən sonra Ankarada hazırlanan bir xəstəxanada karantin altına alınacaq. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir