Avropa Mərkəzi Bankı avrozonanın 35 bankının stres-testini keçirəcək

 Avropa Mərkəzi Bankı avrozonanın 35 bankının stress-testini keçirəcək

Avropa Mərkəzi Bankı (ECB) bu il avrozonanın 35 iri bankında stres-test keçirmək niyyətində olduğunu açıqlayıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“ECB 2020-ci ildə Avropa Banklara Nəzarət Xidmətinin (EBA) kurasiyasında olan 35 mühüm bankın qiymətləndirilməsini aparacaq”, – deyə məlumatda qeyd olunub.

Stres-test olunacaq banklar avrozonanın bank aktivlərinin 70%-nə malikdir. Stres-testi ECB EBA və milli hökumətlərlə birgə keçirəcək, bankların dayanaqlılığını, mənfi mikroiqtisadi şərtlərə tab gətirmək bacarığını müəyyən edəcək. Nəticələr bu il iyulun 31-də dərc ediləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir