Azərbaycan futzal millisi dünya çempionatının elit-raundunda Slovakiya ilə qarşılaşacaq


 Azərbaycan futzal millisi dünya çempionatının elit-raundunda Slovakiya ilə qarşılaşacaq

Xorvatiyanın Osiek şəhərində təşkil olunan futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsində son turun oyunları keçirilir.

“Report”un məlumatına görə, Azərbaycan milli komandası bu gün  Slovakiya yığması ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Rusiya üzərində qələbə qazanmaqla aktivinə ilk 3 xalı yazdıran Joze Alesio da Silvanın rəhbərlik etdiyi komanda qrupdan çıxmaq şansını saxlayır. Bunun üçün Azərbaycan millisi slovaklara qalib gəlməli, qrupun digər matçında isə Rusiya xorvatlarla görüşdə xal itirməlidir. Ruslar xorvatlara uduzacağı təqdirdə, Azərbaycan millisini slovaklarla matçda heç-heçə də qane edəcək. Son turun oyunlarından sonra ən azı 2 və ya 3 yığmanın xalı eyni olarsa, reqlamentə əsasən komandaların öz aralarındakı oyunların nəticələri əsas götürüləcək.

Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, ikincilər “pley-off” oyunlarında rəqiblərinə qalib gələrək bu hüquqa yiyələnəcəklər.

Qeyd edək ki, geridə qalan 2 turdan sonra Xorvatiya 6 xalla 1-ci, Azərbaycan və Rusiya yığmaları hərəyə 3 xalla müvafiq olaraq 2 və 3-cü, xalsız olan Slovakiya millisi isə sonuncu pillədə qərarlaşıb. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir