Azərbaycan koronavirusu müəyyən edən tibbi avadanlıq alıb

Azərbaycanın da  koronavurusu müəyyən etmək və diaqnoz qoymaq imkanı var.  Türkiyə, Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında aparılan dasnışıqlardan sonra  ölkəyə zəruri tibbi avadanlıq  gətirilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə məqsədilə qabaqlayıcı profilaktik tədbirlər görülüb. Harmançı deyib:

Bu virus sərhəd tanımayan virusdur. Virusun bütün ölkələrə gedə biləcəyi ehtimalı var. Hava-damcı yolu ilə insandan insana keçir. Bir qədər vaxtdan sonra xəstələrin sayı o qədər çoxala bilər ki, onların statistikasını belə aparmaq mümkün olmasın”.

ÜST nümayəndəsinin sözlərinə görə, virusun müalicəsi üçün hələ ki, dərman və ya  peyvənd yoxdur. Bəzi ekspertlərin fikrincə, bunun üçün bir ildən iki ilədək vaxt tələb olunur.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir