Azərbaycanda 6 yaşlı uşağın qripdən ölməsi halı olmayıb AÇIQLAMA

Azərbaycanda 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

C.İsayev Trend-ə açıqlamasında Azərbaycanda qripdən ölüm halının baş vermədiyini açıqlayıb.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə 6 yaşlı uşağın qripdən ölməsi ilə bağlı məlumatlar yayılıb.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu da bu müəssisədə koronavirusdan ölüm halının baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnstitutdan Trend-ə bildirilib ki, bu səhiyyə müəssisəsinə koronavirusa yoluxmuş heç bir xəstə yerləşdirilməyib və koronavirusdan ölüm faktı qeydə alınmayıb:

“Nəinki bu institutda, ümumiyyətlə, Azərbaycanda koronavirusdan ölüm halı baş verməyib. İndiyədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb”.

Məlumat üçün bildirək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda koronavirusla əlaqədar xüsusi palatalar ayrılıb. Koronavirusa yoluxma və ya yoluxmada şübhəli hal qeydə alınarsa, belə xəstələrin stasionar müalicəsi həmin palatalarda aparılacaq.

Xatırladaq ki, yanvarın 30-da Çinin Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Tələbələrin heç birində koronavirus xəstəliyi aşkarlanmayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir