Bakı Fotoqrafiya Evi 3-cü foto müsabiqəsinə start verilib

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən (DTMQİ) verilən məlumata görə, müsabiqədə yaşı 16-dan yuxarı olan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

“İçərişəhər” DTMQİ və Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə təşkil olunan müsabiqəyə fotoşəkillər fevralın 28-dək qəbul olunacaq, sərginin açılışı və mükafatlandırma mərasimi isə martın 5-də keçiriləcək.

Tələblər:

  • Faylın uzun hissə üzrə ölçüsü 1500 piksel;
  • Fayl JPEG formatında olmalıdır;
  • Şəkillərdə su işarələri/müəllif hüquqları/loqotiplər olmamalıdır;
  • Fotoşəkillər çərçivəsiz olmalıdır;
  • 2016-cı ildən gec olmayan fotoşəkillər qəbul olunacaq;

Digər müsabiqələrdə və ya əvvəlki “Baku Photo” müsabiqəsində qalib gəlmiş fotoşəkillər qəbul olunmur.

Müsabiqəyə insan fəzada, memarlıq, urbanistika nominasiyaları üzrə işlər qəbul olunur. Hər bir nominasiyanın qalibi 1000 manat məbləğində pul mükafatı qazanacaq. Qaliblərin və finalçıların fotoşəkilləri Bakı Fotoqrafiya Evində sərgidə nümayiş olunacaq. Qaliblərə müsabiqədə iştiraka dair diplomlar təqdim olunacaq.

Fotolar  elektron ünvanına göndərilməlidir. Məktubun mövzusu hissəsinə “ARXİFOTO” sözü, məzmunda isə nominasiya qeyd olunmalıdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir